"Qarabağ" "Simurq"u mərkəzi arenada qəbul edəcək
Bu mövsüm Avropa Liqası oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirən “Qarabağ” Premyer Liqanın ev matçlarını hələ ki, “Bakcell Arena”da keçirir.
Sportal.az xəbər verir ki, buna səbəb mərkəzi arenanın ot örtüyünə xəstəliyin düşməsi və qazonun yararsız vəziyyətdə olması idi.
Amma “Qarabağ” növbəti ev qarşılaşmasını “Tofiq Bəhramov”da keçirəcək. Çünki ot örtüyü artıq yararlı vəziyyətə gətirilməkdədir. Buna görə də baş məşqçi Qurban Qurbanov sentyabrın 21-də “Simurq”u məhz “Tofiq Bəhramov”da qəbul etməyi planlaşdırır.
saytlarin hazirlanmasi