"Qalatasaray"lı azarkeşləri narahat edən açıqlama
Türkiyə Futbol Federasiyasının baş katibi Emre Alkin Fatih Terim haqqında "Qalatasaray"lı azarkeşləri narahat edəcək açıqlamalar verib.
Sportal.az xəbər verir ki, o, türk mütəxəssisin 5-10 ərzində millini çalışdıracağını deyib: " Biz onunla 4-5 matç üçün müqavilə imzalamamışıq. Terimlə qarşıdakı 5-10 il ərzində millidə qalması üçün razılığa gəlmişik. Əvvəlcə Türkiyə, ondan sonra futbol klubları gəlir"
Qeyd edək ki, Terim TFF ilə may ayına qədər millini çalışdırması ilə bağlı müqavilə imzalayıb. Digər tərəfdən isə təcrübəli mütəxəsisə iki illik yeni sözləşmə təklif edən "Qalatasaray" baş məşqçinin may ayından sonra həm millini, həm də "Cim-bom"u çalışdırmasının mümkünsüz olduğunu deyib.
saytlarin hazirlanmasi