"Qarabağ"ın hücumçusu komandasını məğlubiyyətdən xilas edib VİDEO

01:07 - 8 Sentyabr 2013

Kapolonqonun komandası DÇ-2014-ə vəsiqə qazana bilmədi
 
 
Konqo yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib.
 
Sportal.az xəbər verir ki, sözügedən komanda Nigerlə qarşılaşıb.
 
Oyunda qalib müəyyənləşməyib. Tərəflər hərəyə iki dəfə fərqləniblər – 2:2.
 
Premyer Liqamızda çıxış edən bir futbolçu da bu oyunun iştirakçısı olub. Belə ki, “Qarabağ”ın hücumçusu Ulrix Kapolonqo Konqo yığmasının heyətində 90 dəqiqə meydanda olub. O, hətta 76-cı dəqiqədə qol da vurub.
 
Bu nəticədən sonra Konqo yığması mübarizə apardığı E qrupunda ikinci yeri tutub və növbəti mərhələyə vəsiqə qazana bilməyib.
 

Xəbər xətti