38 yaşında həyatına son qoydu
Slovakiya millisinin sabiq müdafiəçi Marek Şpilar intihar edib.
Sportal.az xəbər verir ki, ilkin versiyaya görə, futbolçu özünü 5-ci mərtəbədən yerə atıb. Onun 38 yaşında həyatına qəsd etməsinə səbəb isə qarşılıqsız sevgi olub.
Şpilar futbolçu karyerasına 1993-1994- cü il mövsümündə başlayıb. O, karyerası ərzində bir çox Çexiya, Slovakiya, həmçinin “Brügge”, Yaponiyanın “Naqoya Qrampus” kimi klublarında da çıxış edib. Millinin heyətində isə 30 oyunda iştirak edib.
saytlarin hazirlanmasi