"Beşiktaş": 11-i gəldi, 10-u getdi

14:00 - 8 Sentyabr 2013

Komandaya gələnlər və gedənlər
 
Yay “transfer pəncərəsi”ndə aldığı futbolçularla diqqət çəkən klublardan biri də “Beşiktaş” olub.
 
Sportal.az xəbər verir ki, İstanbul təmilçisi 11 oyunçu transfer edib, 10 futbolçu ilə yollarını ayırıb. 
 
“Beşiktaş”ın bu mövsüm heyətinə qatdığı və komandadan ayrılan futbolçular aşağıdakılardı: 
 
Gələnlər: Kərim Frey( “Fulhem”), Ramon Motta ( “Korintians”- icarə), Atiba Hatçinson (PSV), Maykl Eneramo (Sivasspor”), Tolqa Zəngin (“Trabzonspor”), Sərdar Qurtuluş (“Qaziantepspor”), Ömər Şişmanoğlu (“Antalyaspor”), Pedro Franko (“Milonarios”), Gökhan Töre (“Rubin” – icarə), Günay Güvenç (Ştutqart”), Sezer Öztürk (“Fənərbaxça”).
 
Gedənlər: Sinan Kurumuş (“Boluspor” – icarə), Erkan Kaş “(Karabükspor” – icarə), Roberto Hilbert (“Bayer”), Emre Özkan (“Karabükspor”), Alan Makqriqor (“Hall Siti”), Mehmet akyüz (“Akhisar Bələdiyəspor”), Tanju Kayhan (“Eskişəhərspor” – icarə), Burak Kaplan (“Fəthiyəspor” – icarə), Həsən Türk (“Göztəpə” – icarə), Atınç nukan (“Dardanelspor” – icarə). 
 
Qeyd edək ki, gələn oyunçular arasında ən böyük məbləğ Kərim Frey üçün ödənilib. 

Xəbər xətti