"Biz qısa zamanda özümüzü azarkeşlərə bağışlatmalıyıq"
Bu gün olimpiya yığmamız səfərdə İsrailə 2:7 hesabı ilə məğlub olub.
Matçdan sonra millimizin 7 top buraxan qapıçısı Andrey Popoviç öz fikirlərini Sportal.az-a açıqlayıb:
"Bu oyun haqqında nə deyə bilərəm ki? Çox pis oyun göstərdik. Meydanda heç kim oynamaq istəmirdi, bunun da səbəbini bilmirəm. Uduzmaq normaldır amma belə nəticə ilə məğlub olmaq biabırçılıqdır.
Bilmirəm gələcək oyunlarda necə olacaq. Amma çalışmalıyıq ki, özümüzü azarkeşlərə bağışladaq".
saytlarin hazirlanmasi