38 yaşına kimi "Qarabağ"ın uğurları üçün tər tökən yarımmüdafiəçi

14:58 - 9 Sentyabr 2013

"Qarabağ"ın əfsanəsinin 50 yaşı tamam olur
 
"Qarabağ"ın əfsanələrindən sayılan Yaşar Hüseynovun 50 yaşı tamam olub.  
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onu  həqiqətən də "Qarabağ"ın rəmzi saymaq olar. Yaşar müəllim karyerasına "Qarabağ"da başlayıb və karyerası boyunca sadəcə komandanın uğurları üçün tər töküb. Ən çətin məqamda belə gələn sərfəli təkliflərə baxmayaraq "Qarabağ"ı tərk etməyib.  Yaşar müəllim 1993-cü ildə mayın 12-də Ağdamda, "İmarət" stadionunda vurulan sonuncu qolun da müəllifidir. O zaman 1:0-lıq qələbə hələ ki o torpaqdakı sonuncu oyun kimi tarıxdə qalıb. 
 
Yaşar Hüseynov eyni zamanda 1993-cü ildə ilk çempionluq zamanı finalda "Xəzər"ə (Sumqayıt) vurulan yeganə qola imza atıb. 38 yaşına kimi "Qarabağ"ın uğurları üçün tər tökən solaxay yarımmüdafiəçi 276 dəfə "Qarabağ"ın formasında meydana çıxıb, 34  dəfə qola sevinib. Karyerasını bitirdikdən sonra əsas komandada məşqçi kimi çalışan, Yaşar müəllum artıq neçə ildir ki, əvəzedici komandaya başçılıq edir. Onun yetirmələri "Qarabağ"ın əsas komandasında və başqa klublarda çıxış edir. 
 
"Qarabağ" Futbol Klubu 50 yaşlı yubilyara can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi və həyatını həsr etdiyi "Qarabağ"da bol-bol uğurlar qazanmasını arzulayır.  

Xəbər xətti