- Bu yay “Saraqosa”nı xeyli futbolçu tərk etdi. Siz də onlardan birisiniz. Buna nə səbəb oldu?
- Ay yarımdan çoxdur oranı tərk etmişəm. Baş verənləri unutmaq istəyirəm. Sanki məndən də, digərlərindən də zəhlələri gedirdi. Kluba hər gələn öz ideyalarını sırıyırdı, biz isə bu ideyalara uyğun gəlmirdik.
- Niyə belə idi, nə baş vermişdi?
- Bilmirəm. Onu bilirəm ki, klubdan narazılıqla ayrıldım. Çünki belə münasibətə layiq deyildim. Mənə şans verməli idilər. Lakin bunu etmədilər. Baxmayaraq ki, mən faciəvi dərəcədə zəif deyildim.
- Belə münasibətdən sonra müqaviləni sülhlə pozdunuz?
- Hə. Bir-birimizin əlini sıxıb ayrıldıq. Belə addım hər iki tərəf üçün faydalı idi.
- Lakin bəzi komanda yoldaşların məhkəmələrə, federasiyaya, hətta FİFA-ya qədər gedib müqaviləsinə erkən bitməsi üçün kompensasiya tələb edir...
- Mənim işim futbol oynamaqdı. Başqa məkanlarda “döyüşməyi” xoşlamıram. Bu üzdən
pula görə savaşmayacağam.
- İndi İspaniyadan uzaqdasınız. “Saraqosa” kənardan necə görünür?
- Komandanın hər matçını internetdən izləyirəm. Mən elə belə də start gözləyirdim.
- Sizcə “Saraqosa” Primeroya qayıtmağa namizəd sayılmalıdır?
- Əlbəttə ki, oyunçuların səviyyəsinə görə namizəddir. Ənənələrinə görə isə daha çox layiqdir.
- Nəticədə Azərbaycana getdiniz. Toni Doblasın ayrıldığı “Xəzər Lənkəran”a...
- Doblas komandada qalmayıb. Amma başqa ispaniyalı – Alvaro Silva var. Onun bu klubdan heç bir şikayəti yoxdur.
- Bəs uzaq ölkəyə getməyinizin səbəbi nə idi?
- Bura gəlməyə qərar verməyim maliyyə məsələsi idi. İspaniyada mənim səviyyəmdə futbolçuya istədiyim pulu verməzlər. Mən cəmi 2 illik gəlmişəm.
- Oradakı şəraitdən razısınızmı?
- Burada hələlik hər şey ən yüksək səviyyədə , 10 ballıq şkala ilə “10”a layiqdir. Klub rəhbərliyindən çox razıyam. Söz verdikləri bütün şərtlərə əməl edirlər.