Qurban Qurbanovdan başa düşülən qərar

02:54 - 14 Sentyabr 2013

Futbolçular birbaşa evə yollanıblar
 
 
“Rəvan” səddini asan keçəcəyi gözlənilən “Qarabağ” Premyer Liqanın VI turunda Vladislav Qədirovun yetirmələrinə məğlub olmaqdan son anda qurtuldu.
 
 
Sportal.az xəbər verir ki, ağdamlıların baş məşqçisi Qurban Qurbanov komandanın özünə gəlib, yenidən qələbə qazanması üçün futbolçulara 3 günlük istirahət verib. Futbolçular "Rəvan"la matçdan sonra birbaşa evlərinə yollanıb, komanda avtobusu baza boş qayıdıb.
 
Qeyd edək ki, komandanın istirahətə buraxılacağını Qurban Qurbanov özü açıqlayıb.

Xəbər xətti