Sabaha komandanın 2 məşqi var
"Qarabağ" məşqlərə başlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Premyer Liqanın VII turunda qarşılaşacağı "Simurq"la oyunun hazırlıqlarına start verib. Komandanın baş məşqçisi Qurban Qurbanov "Rəvan"la baş tutan sonuncu oyundan sonra futbolçulara 2 günlük istirahət vermişdi. Bugün "Qarabağ"da günün çalışması Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub. Sabaha komandanın 2 məşqi var.
Qeyd edək ki, "Qarabağ" - "Simurq" matçı sentyabrın 21-də baş tutacaq.
saytlarin hazirlanmasi