Qurban Qurbanov: "Komandamızda psixoloji yorğunluq var"

22:05 - 21 Sentyabr 2013

"Rəqibin müdafiədə yaxşı oynadığını bilirdik"
 
“90 dəqiqə ərzində oyunda üstünlüyə yiyələnmək istədik. Rəqibin müdafiədə yaxşı oynadığını bilirdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ıb baş məşqçisi Qurban Qurbanov deyib. Ağdamlıların çalışdırıcısı "Simurq"la heç-heçəyə şərh verib:
 
"Həm hücumda, həm müdafiədə uğurlu oynadıq. Komandamızda psixoloji yorğunluq var. Çalışacağıq ki, komandanı daha yaxşı vəziyyətə gətirək. Rəqiblərimizin hamısı güclüdür”. 

Xəbər xətti