Yığma komandamızın üzvü dubl edib
Ötən gün 15 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.
Sportal.az xəbər verir ki, Bursa şəhərində keçirilən oyun komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində Aytac Mustafazadə dubl edib. Rəqibin yeganə qolunu isə Ece Türkoğlu vurub.
Qeyd edək ki, yığmamız ilk oyunda Türkiyəyə 2:4 hesabı ilə məğlub olmuşdu.
saytlarin hazirlanmasi