Mustafa Denizli hər an Lənkərana gələ bilər
“Bakı”ya məğlubiyyətdən sonra “Xəzər Lənkəran” klubunda baş məşqçi istefası reallaşdı. Belə ki, uelsli məşqçi Con Benjamin Toşakla yollar ayrıldı. Onun yerini kimin tutacağını isə dəqiqləşib.
Sportal.az xəbər verir ki, bu, məşhur türkiyəli məşqçi Mustafa Dənizlidir.
Futbolçu karyerası ərzində uzun müddət məşhur “Altay” klubunda çıxış etmiş, 1 mövsüm isə “Qalatasaray”da oynamış Dənizlinin məşqçi karyerası olduqca zəngindir.
64 yaşlı mütəxəssis məşqçi karyerasına 1987-ci ildə “Qalatasaray”da başlayıb. Daha sonra Türkiyədə “Kocaelispor”, “Fənərbağça”, “Manisaspor”, “Beşiktaş” kimi klublarda tarix yazmış çalışdırıcı İranda bir neçə dəfə “Perspolis”ə rəhbərlik edib. Almaniyada da təcrübə toplamış çalışdırıcının son iş yeri “Çaykur Rizespor” olub. Türkiyə yığmasında dəfələrlə çalışmış məşqçinin “Xəzər Lənkəran” klubunun baş məşqçisi an məsələsidir.
Bu barədə açıqlamasında Dənizlinin özü məlumat verib. Az öncə telefon əlaqəsi qurduğumuz şəxs bizimlə söhbətində bir sıra məqamlara toxunub. Onun açıqlamasını təqdim edirik:
“Azərbaycandan zəng edirsiniz? Nə gözəl... sizdən bir şey gizlətməyəcəyəm. “Xəzər Lənkəran”dan dəvət almışam. Qismətsə, Azərbaycanda işləyəcəyəm. 2 gün içində hər şey həll olunacaq”.
futbol11.az
saytlarin hazirlanmasi