İtalyanların taleyi türkə tapşırıldı

01:21 - 25 Noyabr 2013

Cüneyt Çakıra növbəti təyinat
 
FİFA dərəcəli hakim  Cüneyt Çakır UEFA Çempionlar Liqasının  H qrupunda 26 noyabrda oynanılacaq "Seltik"-"Milan" matçını idarə edəcək.
 
Sportal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasından verilən məlumata görə  Glasgovda keçiriləcək oyunda Çakırın köməkçiləri Bahattin Duran və Tarık Ongun olacaq.  Qarşılaşmanın dördüncü hakimi Mustafa Emre Eyisoy olacaq. Hüseyin Göçek və Barış Şimşek isə əlavə yardımçı hakim funksiyasını yerinə yetirəcəklər.

Xəbər xətti