Baş məşqçi ilə Rəşad Sadıqov arasındakı buzlar əriyib
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Rəvan” oyunundan sonra maraqlı mənzərənin şahidi olduq.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla “Rəvan”ın baş məşqçisi Şahin Diniyev matçdan sonra qucaqlaşıblar.
Məsələ burasındadır ki, Rəşad və Şahin Diniyev Azərbaycan futbolunda bir-biri ilə heç də düz gəlməyiblər. Diniyev baş məşqçi olarkən Rəşad Sadıqovu milliyə çağırmayıb və tərəflər arasında körpülər yanıb.
Ondan bəri Sadıqovla Diniyev danışmırdılar. Amma Tofiq Bəhramov adına Respublika Stadionundakı dünənki mənzərə ən azından görüntü baxımından deyirdi ki, tərəflər arasında buzlar əriyib.
Qeyd edək ki, Diniyev sonda "qarabağ"In baş məşqçisi və bütün futbolçularını da təbrik etməyi unutmayıb.
saytlarin hazirlanmasi