Mustafa Dənizli Lənkərana gəldi

15:55 - 25 Noyabr 2013

Yeni çalışdırıcını Höccət Hacıyev qarşıladı
 
"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli Azərbaycana gəlib.
 
Sportal.az xəbər verir ki, Lənkəran aeroportunda türkiyəli mütəxəssisi Cənub klubunun direktoru Höccət Hacıyev qarşılayıb.
 
Dənizli dərhal stadiona yollanıb. Hacıyev mütəxəssisi şəraitlə tanış edəcək və klub prezidenti Mais Mənsimovla görüş baş tutacaq.
 
“Xəzər Lənkəran” yaxın vaxtlarda Dənizli ilə müqavilə imzalayacaq. Anlaşmanın müddətinin 2 illik olacağı bildirilir.

Xəbər xətti