Adrian Pit əsas komandada
Con Toşakı istefaya göndərən "Xəzər Lənkəran" daha bir qərar qəbul edib.
Sportal.az xəbər verir ki, Lənkəran klubu Adrian Piti bağışlayıb. Bir müddətdi əvəzedici heyətdə çıxış edən rumın futbolçu bu gün əsas heyətlə məşqə çıxıb.
Qeyd edək ki, Pit Mirça Rednikin istəyi ilə 2010/11 mövsümündə ölkəmizə gəlib. Ölkəmizdə 70 oyuna çıxan rumın yarımmüdafiəçi 8 qola imza atıb. Onu Con Toşak "Makkabi"yə məğlubiyyətdən sonra əsas komandadan kənarlaşdırmışdı.
saytlarin hazirlanmasi