"Həmin vaxt Droqbanı öldürmək istədim, amma..."

01:35 - 26 Noyabr 2013

Ancelotti "Qalatasaray"ın futbolçusu haqqında nələr dedi?
 
Çempionlar Liqasının növbəti turunda doğma meydanda "Qalatasaray"la münasibətlərinə aydınlıq gətirəcək "Real"ın baş məşqçisi Karlo Ancelotti maraqlı açıqlamaları ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis deyib ki, indiyə kimi yalnız bir dəfə, "Çelsi"də olarkən oyunçusu ilə problem yaşayıb. Həmin futbolçu isə hazırda "Qalatasaray"da forma geyən Didye Droqbadı.
 
Təcrübəli çalışdırıcının sözlərinə görə, Fil Dişi Sahildən olan forvardla insidentin yaranmasına səbəb onun bir dəfə oyuna 30 dəqiqə gec gəlməsi olub: "Həmin vaxt onu öldürmək istədim, ancaq bu, mümkünsüz idi. Əvəzində növbəti matçda oynatmadım". 
 
Ancaq Ancelotti indiyə kimi çalışdığı ən yaxşı futbolçuların sırasına Droqbanı da əlavə edib: “Buffon, Kafu, Tyaqo Silva, Maldini, Lempard, Pirlo, Zidan, Şevçenko, İbrahimoviç, Kaka, Peter Çex, Eşli Koul, Nesta, Qattuzo, İnzaqi, Zeedorf və Droqba”.c

Xəbər xətti