Türkiyəli çalışdırıcı 6 milyon avro alacaqmı?
Türkiyə mətbuatı “Xəzər Lənkəran”la müqavilə imzalayacağı gözlənilən Mustafa Dənizlinin Azərbaycanda qazanacağı maaşın məbləği ilə bağlı xəbər yayıb.
Sportal.az xəbər verir ki. “Sabah” qəzetinin yazdığına görə, M.Dənizli Lənkəran təmsilçisi ilə 1.5 illik müqavilə imzalayacaq. Müqavilənin şərtinə əsasən, M.Dənizli bu anlaşma çərçivəsində 6 milyon avro əldə edəcək.
İlk baxışdan görünən odur ki, bu, çox şişirdilmiş rəqəmdir. Hətta dünyanın elit klubları baş məşqçilərinə bu qədər məbləğ ayırmırlar.
saytlarin hazirlanmasi