Komanda son məşqinə çıxıb
“Real" (Madrid) Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"la oyunöncəsi son məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, "Almeriya" ilə matçda zədələnən Kriştiano Ronaldo komandanın məşqində iştirak etməyib. Portuqaliyalı hücumçu yalnız komandadan ayrı çalışmaqla kifayətlənib.
Qeyd edək ki, 28 yaşlı futbolçunun İstanbul klubu ilə matçda iştirak etməyəcəyi gözlənilir. Ancaq "Marca" qəzeti iddia edir ki, Ronaldo zədəsi ciddi deyil və onun sözügedən matçda forma geymək şansı yüksəkdir.
saytlarin hazirlanmasi