"Neftçala"nın oyununda hakim döyüldü

18:23 - 26 Noyabr 2013

Futbolçu iki il müddətinə futboldan uzaqlaşdırılıb
 
Həvəskarlar arasında Azərbaycan birinciliyində hakimlər döyülüb.
 
Sportal.az xəbər verir ki, hadisə “Adığün” - “Neftçala” matçında baş verib.
 
Belə ki, oyun başa çatdıqdan sonra “Adığün”ün futbolçusu Bəxtiyar Bayraqdarov hakimlərə fiziki təsir göstərib. Bu səbəbdən onun 2 il müddətinə futbolla bağlı fəaliyyətinə qadağa qoyulub.

Xəbər xətti