Mübariz Mənsimov:"Xuliqanlğı dəstəkləmirəm"

19:20 - 26 Noyabr 2013

" Futbolçunun anası bizim anamız, bacısı bizim bacımızdı"
 
"Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov Türkiyə mətbuatına müsahibə verib.
 
Sportal.az xəbər verir ki, Mənsimov müsahibəsində futbolçulara edilən təhqirlərdən söz açıb:
 
"Fənərbaxça"da yaxın dostlarım var. "Qalatasaray"lılar da məndən inciməsin, amma xalq komandası "Beşiktaş"dı. Keçmiş idmançılardan olmuşam, xuliqanlığı dəstəkləmirəm. İdmanda xuliqanlıq, təhqir olmasa yaxşı olar. Mənim Azərbaycanda klubum var. 9 milyon azəridən 3 milyonu bu komandanı dəstəkləyir. Lakin heç vaxt futbolçuları təhqir etmirlər. İdmanda təhqirə yl vermək lazım deyil. Futbolçunun anası bizim anamız, bacısı bizim bacımızdı".

Xəbər xətti