Mançini:"Onu təhlükəyə atmaq istəmirəm"

03:33 - 27 Noyabr 2013

"Hər şeyə son oyunlarda aydınlıq gələcək"
 
“Real” həmişə güclü heyətə sahib olur. Madrid klubunun ötən mövsüm də güclü heyəti vardı, bu dəfə də eyni”.
 
Sportal.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Real”la səfər oyunu öncəsi bu gün təşkil olunan mətbuat konfransında deyib. 
 
İtaliyalı mütəxəssis Çempionlar Liqasının V turu çərçivəsində Madrid klubu ilə keçiriləcək qarşılaşmanı dəyərləndirib.
 
 
Təcrübəli çalışdırıcı zədəli futbolçuları ilə bağlı da danışıb: “Sabah bütün futbolçularımız hazır olacaq. Bəziləri 100 faiz formada deyil, amma hamısı hazırdı. Sneyder də tam hazır deyil. O. Son 4-5 gündə komanda ilə birlikdə çalışdı. Hollandiyalı yarımmüdafiəçi ilə bağlı qərarımı sabah verəcəm. Sneyder bizi üçün dəyərli futbolçudur. Onu təhlükəyə atmaq da istəmirik. Ümid edirəm ki, sabah meydanda olacaq”.
 
Baş məşqçi qrupdan çıxmaq şanslarını da dəyərləndirib: “Sabah yaxşı oyun göstərməyə, mümkünsə, qazanmağa çalışacağıq. Bu çətin olacaq, amma yoxlayacağıq. “Real”la ilk oyundan sonra toparlanmağımız çətindir, amma hələ də şansımız davam edir. Hesab edirəm ki, qrupdan çıxacaq ikinci komanda son oyunda bəlli olacaq. “Real” qarşısında məğlub da olsaq, xal da qazansaq, “Yuventus”la oyun daha önəmli olacaq. Son matçda qalib gəlmək istəyirik”.

Xəbər xətti