Braziliyada stadion çökdü FOTO

00:46 - 28 Noyabr 2013

Hadisə zamanı üç nəfər vəfat edib
 
Dünən San-Pauluda yerli vaxtla 12:00-da "Korintians" klubunun tikilməkdə olan meydançasının metal qurğusu aşıb.
 
Sportal.az xəbər verir ki, ən azı üç nəfərin öldüyü bildirilir. 
 
Bu meydançada 2014-cü il Dünya çempionatının açılış mərasiminin keçirilməsi planlaşdırılırdı. 
 
Bəzi məlumatlarda aşanın stadionun metal qurğusu deyil, kran olduğu göstərilir. 
 
Hadisə fəhlələrin yeni stadionun damını quraşdırmağa hazırlaşdıqları an baş verib. 
 
Noyabrın 13-də işləri aparan şirkət bildirmişdi ki, stadionun tikintisi 94% yekunlaşıb. 
 
Stadionu FİFA 2014-cü il yanvarın 3-də təhvil almalı idi. 
 
"Korintians" klubu isə yeni stadionda yanvarın 25-i, San-Paulu şəhərinin 460 yaşı tamam olması münasibətilə oyun keçirməyi planlaşdırırdı.

Xəbər xətti