Premyer Liqanın XVI turunda AZAL klubunu “Fırtınalar meydanı”da qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını doğma şəhərdə davam etdirir.
Sportal.az xəbər verir ki,, “ağ-yaşıllar” bu gün stadionun əsas meydançasında növbəti məşqini keçirib.
Covanni Melkiorenin rəhbərliyində taktiki çalışmalar planı üzrə tərtib edilmiş məşq prosesi saat yarım davam edib. Müdafiəçilərin və yarımmüdafiəçilərin ayrı ayrılıqda hücumçularla anlaşmalarına hesablanmış xətlərarası xüsusi çalışmalar, həmçinin uzaq və yaxın məsafələrdən ötürmələr sonrası ani hücumların qurulması üzrə intensiv hazırlıqlar məşqin əsas hissəsini təşkil edib. Yeni baş məşqçinin yolunu gözləyən komanda üzvlərinin hazırlıq prosesində həvəslə çalışması da diqqət çəkib.
Onu da əlavə edək ki, Mustafa Dənizlinin noyabrın 29-da Lənkəranda olacağı gözlənilir.
Mənbə: 12cioyuncu.info
saytlarin hazirlanmasi