Təcrübəli mütəxəssisə yol göründü
Qurban Qurbanova yeni təklif var.
Sportal.az xəbər verir ki,“Qarabağ”ın təcrübəli məşqçisi Q.Qurbanova təklifi Türkiyənin ikinci liqa klublarından biri edib.
Qardaş ölkə klubunun rəhbərliyi azərbaycanlı məşqçinin Ağdam komandası üçün etdiklərinə valeh olub.
Redaksiyamızda daxil olan digər məlumatda bildirilir ki, buradakından daha artıq məvacib alacaq. Hələlik klubun adı və alacağı maaş barədə məlumat dəqiq deyil.
Məlumatda bildirilir ki, Türkiyə klubunun idarəçiləri Qurbanovun özü ilə bu barədə bir vasitəçinin köməyi ilə söhbət ediblər. Q.Qurbanov qəti qərar verməyib.
Digər bir iddia isə ondan ibarətdir ki, Ağdamın çalışdırıcısı rəhbərlikdən istədiyi futbolçuları transfer etdirə bilsə komandada qala bilər.
publika.az
saytlarin hazirlanmasi