"Qarabağ" oyun saatını gözləyir

10:57 - 29 Noyabr 2013

Komandada üzlər gülür
 
"Qarabağ" "Simurq"la oyuna hazırlığını başa vurub.
 
Sportal.az xəbər verir ki, Premyer Liqanın 15-ci turunda Zaqatala klubunun qonağı olacaq çempionatın lideri ötən gün son məşqini edib.
 
Komandada hazırda yeganə itki Admir Teli ilə bağlıdı. Zədəli albaniyalı futbolçu hələ də kollektiv çalışmalara qoşulmur. Son oyunu cəza səbəbindən buraxan Riçard Almeyda isə sıraya dönüb. O, Zaqataladakı oyunda komandasına kömək edə biləcək. Elə digər qalan futbolçular da baş məşqçi Qurban Qurbanovdan şans gözləyirlər.
 
Bakıdakı hazırlığını başa çatdıran "Qarabağ" bu gün Zaqatalaya yollanacaq. Matçın keçiriləcəyi arenada son məşqini edəcək Ağdam klubu oyunun başlama saatını gözləyəcək.
 
Qeyd edək ki, "Simurq" - "Qarabağ" oyunu sabah keçiriləcək və saat 17:00-da start götürəcək.

Xəbər xətti