"Qardaşlar" baş məşqçilərindən məhrum oldular

00:47 - 2 Dekabr 2013

Çixradze Naxçıvanı görə bilməyəcək
 
Müvafiq olaraq, “Simurq” və “İnter”ə rəhbərlik edən gürcü məşqçilər -  Georgi Çixradze və Kaxaber Sxadadze Azərbaycanı tərk edirlər.
 
Sportal.az xəbər verir ki,onlar “Pro” lisenziyasının vaxtını artırmaq üçün Ukraynaya getmək məcburiyyətindədirlər. Onlar Azərbaycana dekabrın 5-də qayıdacaqlar. Bu isə o deməkdir ki, Çixo “Araz”, Kaxa isə “Şuşa”ya qarşı dekabrın 4-də keçiriləcək kubok oyununda komandalarına rəhbərlik edə bilməyəcəklər.

Xəbər xətti