"Qarabağ"ın tarixində görünməmiş rekord

12:02 - 2 Dekabr 2013

Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur
 
Ağdamın “Qarabağ” klubu tarixinin rekorduna imza atıb.  
 
Sportal.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Topaz Premyer Liqasında ardıcıl 12-ci səfər matçında xal qazanıb. Zaqatalada “Simurq”la qolsuz heç-heçə edən ağdamlılar sonuncu dəfə məhz bu rəqibə uduzmuşdu. Bu il martın 12-də səfərdə “Simurq”a məğlub olan “Qarabağ” həmin vaxtdan rəqib meydanlarını xalsız tərk etmir. Son 12 səfər matçında 7 qələbə qazanan və 5 heç-heçə edən Qurbanovun yetirmələri 1993/94  mövsümündəki rekordunu arxada qoyub. Həmin vaxt “Qarabağ” ardıcıl 11 səfər oyununda uduzmamışdı.
 
12.03.2013
 
Simurq (Zaqatala) - Qarabağ (Ağdam) - 1:0
 
07.04.2013
 
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 1:2
 
21.04.2013
 
Bakı - Qarabağ (Ağdam) - 0:1
 
28.04.2013
 
Qəbələ - Qarabağ (Ağdam) - 0:2
 
09.05.2013
 
İnter (Bakı) - Qarabağ (Ağdam) - 0:0
 
04.08.2013
 
İnter (Bakı) - Qarabağ (Ağdam) - 1:2
 
25.08.2013
 
Qəbələ - Qarabağ (Ağdam) - 0:1
 
13.09.2013
 
Rəvan (Bakı) - Qarabağ (Ağdam) - 1:1
 
28.09.2013
 
Neftçi (Bakı) - Qarabağ (Ağdam) - 0:0
 
20.10.2013
 
Sumqayıt - Qarabağ (Ağdam) - 0:3
 
27.10.2013
 
Xəzər Lənkəran - Qarabağ (Ağdam) - 0:3
 
09.11.2013
 
AZAL (Bakı) - Qarabağ (Ağdam) - 1:1
 
30.11.2013
 
Simurq (Zaqatala) - Qarabağ (Ağdam) - 0:0
 
Ümumilikdə isə Azərbaycan rekordu “Şəmkir”ə məxsusdur.  Qərblilər ardıcıl 23 səfər matçını məğlubiyyətsiz tərk edib. “Kəpəz”in 19, “İnter”in 15 məğlubiyyətsiz səfər oyunu var. “Qarabağ”ın rekordu isə bu siyahıda 8-ci yerdədir.
 

Xəbər xətti