"Xəzər Lənkəran" Mustafa Dənizli ilə ilk məşqinə çıxdı

14:55 - 2 Dekabr 2013

Ağabala Ramazanov fərdi məşq keçib
 
Premyer Liqanın 15-ci turunda AZAL-la bərabərə qalan "Xəzər Lənkəran" oyundan sonra bu gün doğma meydanda növbəti məşqinə çıxıb.
 
Sportal.az xəbər verir ki, hazırlıq prosesində bütün futbolçular iştirak edib.
 
Dünənki hazırlığı kənardan izləyən yeni baş məşqçi Mustafa Dənizli bu gündən etibarən işinin icrasına başlayıb. Zədəli olan Mbilla Etame yüngül qaçışla kifayətlənib. Ağabala Ramazanobv isə fərdi planda məşq edib.  

Xəbər xətti