"İnter"in baş məşqçisi cəzalandırıldı
Bakının “İnter” klubunun U-19 komandasının baş məşqçisi Vadar Nuriyev cəzalanıb.
Sportal.az xəbər verir ki, bu cəzaya çalışdırıcının U-19 Liqasının “Xəzər Lənkəran”la görüşündəki hərəkətləri səbəb olub.
Belə ki, Nuriyev matçın 45+1-ci dəqiqəsində azarkeşlərə qarşı təhqiredici hərəkətə görə texniki zonadan qovulub. AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclası gənc futbolçulara yaxşı nümunə ola bilməyən çalışdırıcını 5 oyunluq cəzaya layiq bilib.
Qeyd edək ki, “İnter” “Xəzər Lənkəran”la oyunda 3:0 hesabı ilə qalib gəlib.
saytlarin hazirlanmasi