"Son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı"
Sabah ölkə kubokunun 1/8 final mərhələsində “Bakı” doğma meydanda “Sumqayıt”la qarşılaşacaq.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunöncəsi son məşqini keçirən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini açıqlayıb:
“Bu qarşılaşmanın önəmi böyükdü. Təbii, biz də ölkə kubokunda mübarizəni davam etdirmək və növbəti mərhələyə yüksəlmək istəyirik. “Sumqayıt”ı yaxşı tanıyıram deyə, matçın çətin keçəcəyini indidən düşünürəm. "
Rəqibin də oyunu diqqətdən saxlayan Pantıç bunları söyləyib:
"Rəqib komandada müdafiə xəttinə xüsusi fikir verirlər. Necə var, elə də davam edəcəyik. Sadəcə, özümüzə bəxt istəyirəm. Bundan artıq mənə heç nə lazım deyil. “İnter”lə son oyundan sonra paltardəyişmə otağında vəziyyət normaldı. Futbolçular səhvlərini bilir və onları aradan qaldırmağa çalışırlar. Özünüz də gördüz ki, premyer-liqada “Xəzər Lənkəran” və “İnter”ə qarşı görüşlərdə hər iki rəqibin qol imkanları olmadı. Yalnız “İnter” səhvimizdən yararlanıb qol vurdu.
Bu, o deməkdi ki, bizim pis olmağımıza əsas yoxdu. Üstəlik, son qarşılaşmada qol vursaq da, baş hakim bunu hesaba almadı. Amma futbolun elə xüsusiyyəti var ki, əvvəl haqsız yerə itirdiyini sonra bərpa edirsən”.
saytlarin hazirlanmasi