Denizlinin "Xəzər Lənkəran"a gətirmək istədiyi iki futbolçunun adı məlum olub

00:35 - 4 Dekabr 2013

Türk mütəxəssis iki qazax gətirir
 
“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Mustafa Dənizlinin Lənkəranda görmək istədiyi futbolçulardan ilk ikisinin adı bəlli olub.
 
 
Sportal.az xəbər verir ki.Dənizlinin ötən il rəhbərliyi altında “Rizesopr”da forma geyən qazax futbolçular - qapıçı David Loriya və müdafiəçi, eləcə də yarımmüdafiəçi kimi oynaya bilən Samed Smakovu yenidən sərəncamında görmək istəyir. Hazırda adıçəkilən oyunçularla danışıqlar aparılır və böyük ehtimalla, “Xəzər Lənkəran” qış transfer pəncərəsi dövründə həm Loriyanı, həm də Smakovu heyətinə cəlb edəcək. Hər iki komanda hazırda "Kayrat"ın futbolçusudur
 
stadium.az

Xəbər xətti