Klublarımız UEFA reytinqində gerilədi

01:33 - 4 Dekabr 2013

7 klubumuz bu cədvəldə yer alıb
 
UEFA klubların son beş mövsümü üçün yeni reytinq cədvəllərini açıqlayıb.
 
Sportal.az xəbər verir ki, cari mövsüm üçün hazırlanan siyahıda Azərbaycanın 7 klubu yer alıb.
Bu mövsüm Avroliqanın pley-off mərhələsinə qədər irəliləyən Qurban Qurbanovun komandası 453 komanda arasında 202-ci pillədə qərarlaşıb. Ötən reytinq siyahısı ilə müqayisədə 3 pillə geriləyən Ağdam təmsilçisindən sonra ən yaxşı göstərici "Neftçi"yə məxsusdur.
Son Azərbaycan çempionu 15 pillə geriləyərək 214-cü yerdə qərarlaşıb. Reytinq siyahısında Azərbaycanın digər təmsilçilərindən “İnter” 285-ci (-9), “Bakı” 288-ci (-9), “Xəzər Lənkəran” 306-cı (-7), AZAL 378-ci, “Simurq” isə 379-cu yeri tutur.
Ümumilikdə siyahıya 141.971 xalla İspaniyanın “Barselona” klubu başçılıq edir. Çempionlar Liqasının son qalibi “Bavariya” ikinci, Madridin “Real” klubu isə üçüncüdür.
 
Cari mövsüm isə UEFA reytinqində Azərbaycanın 4 klubu yer alıb. Burada da ən yaxşı göstərici "Qarabağ" klubuna məxsusdur. Ağdam təmsilçisi bir pillə geriləyərək 101-ci pillədə qərarlaşıb. Digər klublarımızdan - "Neftçi", "Xəzər Lənkəran" və "İnter"in mövqeyində heç bir dəyişiklik olmayıb. Belə ki, "Neftçi" 130-cu, "Xəzər Lənkəran" 173-cü və "İnter" 174-cü pillələrdəki mövqelərini qoruyub.

Xəbər xətti