"Mənə ancaq heyfslənmək qalır"

18:32 - 4 Dekabr 2013

Vaqif Sadıqov: "Bizə mütləq qazanmaq lazım idi"

 

"Başa düşürdük ki, bir oyundan ibarət oyun idi. Qələbə qazanmaq istəyirdik. Qırmızı vərəqəyə kimi hər şey yaxşıdı. Mənə heyfslənmək qalır."

 

Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov bu gün mütləq qələbə qazanmaq istədiklərini bildirdi:

 

"Azlıqda qalmağımız mənə pis təsir edir. İstək , mübarizə çoxdu, amma "Qarabağ"ı udmaq üçün səviyyə lazımdır. Aleksandr Şemonayev bilə-bilə yıxılmadı. Hakimlikdən danışmaq istəmirəm. İstəyirəm ki, meydanda qərəz olmasın. Bizə mütləq qələbə qazanmaq lazımdır. Bu gün qarşımıza məqsəd qoymuşduq ki, qələbə qazanaq, amma olmadı."

Xəbər xətti