Qurban Qurbanov: "Flavinyonun bağışlanacağını gözləyirdim"

18:49 - 4 Dekabr 2013

"Mən kubok oyunlarına fərqli baxıram"

 

"Bilirdim ki, AZAL çətin rəqibdir. Güclü bir müdafiəsi olan komandaya qarşı oynayırdıq və hücumlar axtardıq. Demək olar ki, oyunun sonuna kimi top bizdə oldu. Top rəqibdə olanda da intizamlı oynadıq və icazə vermədik ki, top onlarda olsun. Reynaldonun baxımlı qolu sayəsində növbəti mərhələyə adladıq. Belə oyunlarda biz soyuqqanlı olmalıyıq və qələbə qazanmalıyıq. Rəqib gözləyirdi ki, qol buraxmasın. Biz də sona kimi mübarizə apardıq və qalib gəldik. Mən kubok oyunlarına fərqli baxıram. Psixoloji cəhətə gəldikdə isə müdafiə xətti olan komandalara qarşı olmaq çətindi."

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov Flavinyonun bağışlanılması məsələsinə də aydınlıq gətirib:

 

"Flavinyonun bağışlanılmasını gözləyirdim. Klub tərəfindən birabaşa yazılan yazılar hiss etdim ki, o, bağışlanılacaq. Eşidəndə normal qarşıladım. Ümumiyyətcə hər il belə hallar olur. "Neftçi" lazımı anda tədbir görür və onların lehinə qərarlar qəbul olunur. Buna tendesiya deməzdim. Mən də istəməzdim ki, komandama qırmızı vərəqə verilsin və bu ləğv olunsun. Sabah eşitsəm ki, başqa futbolçu bağışlanılıb, yenə də təəcübənmərəm. Qanun qanundur. Oyundan sonra qol ləğv olunmursa, vərəqələr də ləğv olunmamalıdır. Bir neçə insan deyirsə, "Qarabağ"ın oyunu oxunur, bu yanlış fikridir. Bizim məqsədimiz odur ki, mən olmasam belə komandanın oyun sistemi olsun. Bunu daha da yaxşılaşdırmaq və oyun sistemimizi daha təxminləşdirmək istəyirik."

Xəbər xətti