Tuyqun Nadirov:"Dənizliyə nə maddi , nə də müddət baxımından məhdudiyyət yoxdur"

14:38 - 5 Dekabr 2013

"Baş məşqçi tam səlahiyyətli şəxsdir"
 
Hal-hazırda "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli və vitse-prezidenti Tuyqun Nadirov mətbuat konfransı keçirir.
 
Sportal.az xəbər verir ki, Tuyqun Nadirova ünvanlanan "Baş məşqçiyə yetərincə müddət veriləcəkmi? sualına vitse-prezident belə cavab verib:
 
"Xəzər Lənkəran"ın qarşısında məqsəd var, klub rəhbərliyi bu məqsədə çatmaq üçün əlimizdə olan fürsətlərdən istifadə edirik. Bundan əvvəlki məşqçiyə lazım olan şansı vermişdik. Mustafa Dənizliyə nə maddi cəhətdən, nə də müddət baxımından məhdudiyyət yoxdur. Baş məşqçi tam səlahiyyətli şəxsdir"

Xəbər xətti