"Simurq"un futbolçusu:"Qırmızı vərəqəni hakimin vicdanına buraxıram"

23:30 - 5 Dekabr 2013

"Ən təsiredici  hadisə isə hər iki hissənin sonlarında top  buraxdıq"
 
"Simurq" ölkə kubokunun 1/8 final mərhələsində səfərdə "Araz Naxçıvan"a penaltilər seriyasında 6:4 hesabı ilə məğlub olmuşdu. 
 
Bu matçdan sonra "Simurq"un hücumçusu Rəşad Eyyubov öz fikirlərini Sportal.az-a bildirib.
 
"Bu futboldur, əlimizə düşən fürsətlərdən istifadə edə bilmədik və məğlub olduq. Ən təsiredici  hadisə isə hər iki hissənin sonlarında top  buraxdıq. Onu da bildirim ki, stadionun zəmini çox ağır idi.
 
Bu matçdakı Tural Axundovun qırmızı vərəqə ilə cəzalanmasına hücumçu belə münasibət bildirib:
 
"Bu barədə çox danışmaq istəmirəm, sadəcə bu qırmızı vərəqəni hakimin vicdanına buraxıram"
 
Millimizin üzvü artıq bütün diqqətlərimi çempionata verəcəklərini də dilə gətirib:
 
"Hal-hazırda biz bu oyunu unudub bütün diqqətimizi çempionata verməliyik. Və bacardığımız qədər çoxlu xal yığmalıyıq".

Xəbər xətti