Pantiç:"Növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verəcəm"
Sabah Premyer-Liqanın 16-cı turuna start veriləcək.
Sportal.az xəbər verir ki, “Bakı” bu tur çərçivəsində səfərdə “Sumqayıt”la qarşılaşacaq.
Oyun öncəsi son məşqini keçirən "zolaqlılar"ın baş məşqçisi Milinko Pantiç görüş haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb:
“Sumqayıt”a qarşı oynamaq bizim üçün həmişə çətindi. Üstəlik, eyni komandaya qarşı ardıcıl iki oyun keçirəndə qələbələri sıralamaq bir qədər də çətinləşir. “Sumqayıt” sabah öz meydanında çıxış edəcək. Bu isə o deməkdi ki, ölkə kubokunun 1/8 finalında rəqibin göstərdiyi nisbətən qapalı taktiki sxemi unutmalıyıq. Bütün bunlar qarşılaşmanın mürəkkəbliyini artırır. “Sumqayıt” gənclərə üstünlük verdiyindən daha çox hücum qurur, təhlükə yaradır. Rəqib komanda azərbaycanlı futbolçulara üstünlük verir. Mən də yerli gənclərə şans yaradıram, amma tənqidlərlə rastlaşıram. Bu gedişlə ola bilsin, növbəti mövsüm çinlilərə və ya yaponlara üstünlük verdim (gülür). Çünki görürəm ki, bəziləri mənim oyunçu seçimlərimi bəyənmirlər. Düzdü, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü komandalara çox qol vura bilirik. Lakin “Sumqayıt”la görüşlərdə 1 top fərqi ilə üstün oluruq. Bu, ondan irəli gəlir ki, rəqibin heyətindəki gənclər daha çox əmək sərf edir. Hər biri çalışır ki, özünü yaxşı tərəfdən göstərsin və ölkənin daha güclü klublarına transfer olunsun. Özü də “Sumqayıt”ın elə futbolçuları var ki, daha iddialı komandalara keçmək üçün hazırdılar”.
saytlarin hazirlanmasi