"Komandada problemlər var"

18:23 - 8 Dekabr 2013

Vaqif Sadıqov: "Bundan əvvəki oyunlarda xeyli xallar itirmişdik"

 

"Bunadan əvvəlki oyunlarda xeyli xallar itirmişdik. Bilirsiniz ki, ardıcıl heç-heçələrdən sonra "Qarabağ"a məğlubiyyət komandaya pis təsir etmişdi."

 

Sportal.az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov fikirlərini daha sonra belə şərh etdi:

 

"Bu oyunda da məğlub duruma düşsək də, komandam sonda matçı xeyrinə çevirə bildi. Oyunçularım sona kimi mübarizə aparıb qələbə topunu vura bildilər.Komandada problemlər var və qış fasiləsində bunun üzərində işləyib çatışmazlıqları aradan qaldırmalıyıq. Hələ qarşıda iki oyun var və bu oyunlardan da maksimum nəticə əldə edib turnir cədvəlində vəziyyətimizi düzəltməliyik."

Xəbər xətti