"Mübarizə get-gedə daha da gərginləşir"
"Məncə, yaxşı futbol oldu. "Neftçi"nin oyununu biz həmişə dəyərləndirməliyik. Çox istəyirdik ki, qalib gələk. Oyun istədiyimiz kimi alındı və qalib gəldik. Mübarizə get-gedə daha da gərginləşir. İşimiz daha da çətin olacaq. Nazim müəllimə uğurlar arzulayıram."
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Qurbanov komandasının bir neçə qol vəziyyətindən yararlanmamasına da aydınlıq gətirib:
"Hər oyun dəyişikliyə əl atırıq. Hər oyun futbolçularım daha da istəkli olur. Düşünürəm ki, bütün futbolçularım bu oyuna hazır idi. İlk oyunda hər iki komandanın düşündüyü oyun alınmamışdı. Bu gün isə tam fərqli futbol oldu. Riçardın olmaması sürətimizi bir az aşağı düşürtdü. Çünki onun timsalında hücumlarımız daha tez alınır. Axı, Riçard Almeyda bizim əsas oyunçularımızdan biridir.
Mən Flavinyoya şikayət etməmişəm, sadecə olaraq fikrimi bildirmişəm. Flavinyo kimi futbolçular Azərbaycana gəlsə, futbolumuz üçün daha yaxşıdır. Mən futbolçu olmasaydım, buna başqa cür yanaşardım. Mən də bir neçə qol vəziyyətindən yararlana bilməmişəm. Futbol belə hallar tez-tez olur".
saytlarin hazirlanmasi