"Bakı"nın hücumçusunun qolu hakimin diqqətindən yayınıb
Dünən Premyer Liqanın 16-cı turunda "Bakı" səfərdə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib.
Sportal.az-ın araşdırmasına görə, qonaqların ilk qolunu müdafiəçisi Mario Abrante Alvarezin adına yazılsa da əslində qolun müəllifi Mindauqas Kalonasdır. Bu epizod hampın gözündən qaçsa da sayıtmızın diqqətindən yayınmadı. Bu məlumatı Kalonasın özü də saytımıza təsdiqlədi. o, bildirdi ki, "Marionun toxunuşundan sonra son zərbəni mən endirdim".
Aşağıdakı videoyazının 50-ci saniyəsində bu epizodu aydın görə bilərsiniz
saytlarin hazirlanmasi