"Qarabağ"da Reynaldo şoku

20:10 - 9 Dekabr 2013

Ağdam təmsilçisində növbəti problem
 
“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo  Premyer Liqanın 17-ci turu çərçivəsində komandasının “Bakı”ya qarşı keçirəcəyi oyunda iştirak edə bilməyəcək. 
 
Sportal.az xəbər verir ki, buna səbəb futbolçunun sarı vərəqələr limitini aşmasıdır.
 
Bu oyun eyni səbəbdən Rəşad Sadıqov və zədəli Riçard Almeyda da iştirak etməyəcək.

Xəbər xətti