Dekabr, lider, Reynaldo 13

00:40 - 10 Dekabr 2013

"Qarabağ" liderliyi ələ keçirdi
 
"Qarabağ" Premyer liqanın XVI turunda "Neftçi"ni qəbul edib. Bütün çempionatların iştirakçısı olmuş 2 komandanın qarşılaşması zamandan asılı olmayaraq həmişə öz hərarətiylə başqalarından fərqlənib. Bu dəfə də Azərbaycan derbisi öz statusunu doğrultdu.
"Qarabağ" uzun müddət çempionatda liderliyin ardından  ötən tur "Simurq"la oyundakı bərabərlikdən  (0:0) sonra liderliyi "ağ-qara"lara təhvil vermişdi. "Qarabağ" qələbəylə yenidən zirvəyə qayıtmağı planlaşdırırdı.
Derbi öncəsi "Qarabağ" üzücü durumla qarşılaşdı. Belə ki, oyunöncəsi son məşqdə əzələsini dartan Riçard Almeyda 10 günlük sıradan çıxaraq digər zədəli Admir Teli kimi oyunu buraxacağı dəqiqləşdi. 
Belə də  baş məşqçiQurban Qurbanov gözlənilməz rotasiyaya əl ataraq Reynaldonu hücumun sivri ucuna çəkərək Namiqlə Qaranın meydanın mərkəzində qərarlaşmasına, Leroyu yenə də sağ da oynadaraq, sol cinahı Muaremə əmanət etmişdi. Oyunun gedişatı göstərdi ki, Qurban Qurbanov bu dəfə taktiki dühasından məharətlə yararlanıb.
Elə 5-ci dəqiqədəcə Leroy uzun ötürməylə Reynaldonu qolkiperlə duelə yolladı. Braziliyalı isə sürətindən yararlanaraq müdafiəçilərdən sıyrılıb topu tora göndərərək, çempionatda 6-cı qolunu vurdu. Qoldan sonra "Neftçi" pressinq tətbiq edərək komandanın oyununu pozmağa çalışsa da, "Qarabağ" ağıllı həmlələrlə rəqibin təzyiqini yarır və rəqib qapısında təhlükələr yaradırdı. Təsadüfi deyil ki, ilk yarıda Leroy, Muarem, Jumbinyo, Maksim qola yaxın olsalar da, ya qeyri-dəqiqlik, ya qapıçı, ya da tir 2-ci qol sevincinə mane oldu.
2-ci yarı da eyni xarakterdə başladı. Və Qara elə  bir şansı əldən verdi ki, yəqin uzun illər 2 metrdən boş qapıya zərbə endirə bilmədiyini unutmayacaq. Və burda yazılmayan futbol qanunları bir daha işə düşdü. "Neftçi" gözlənilmədən hesabı bərabərləşdrdi. Amma həmin gecə "Qarabağ"ın gecəsiydi. Qoldan sınmayan `Qarabağ`ımız 2 dəqiqə keçməmiş hesabı bərabərləşdirdi. Leroy cərimə meydançasına daxil oaraq Reynaldonun dublunu rəsmiləşdirməsinə şərait yaratdı.  Bununla da premyerliqada 7-ci qoluna imza atan braziliyalı cari mövsüm vurduğu qolların sayını 13-ə çatdırdı.
Hücumlarını davam etdirən "Qarabağ" Jumbinyoyla daha bir şansı qaçırdı, meydana yenə də Reynaldo çıxdı. Braziliyalı təkbaşına rəqibin müdafiəsini tarimar etdi və onu kobudluqla saxlamaqla penaltiyə səbəb oldular. Topun başına yaxınlaşan Jumbinyo cari mövsüm 5-ci qoluna imza ataraq hesabı 3-1-ə çatdırdı. 
Bundan sonra oyunda temp aşağı düşdü və "Qarabağ" 3-1-lik qələbəylə lderliyni geri qaytardı.
Beləliklə, "Qarabağ" əzəli rəqibini 3:1 hesabıyla məğlub edərək  3 tur və ya 35 gün sonra qələbə qazanaraq sindroma son qoydu.  "Qarabağ" üçün ənənəvi uğursuz noyabr sindromunu arxada qoyan uğurlu dekabra statusunu doğrultdu.
Qeyd edək ki, ötən il də dekabr ayında "Qarabağ"ımız `Neftçi`ylə səfərdə qarşılaşmış və Vüqar Nadirovun qoluyla 1:0 hesabıyla qalib gəlmişdik. (klub saytı)

Xəbər xətti