Türkiyə klubu Necati Atəşi "Xəzər Lənkəran"a satmağa razılıq verdi

00:55 - 14 Dekabr 2013

"Dəyəri ödənildikdən sonra satılmayacaq futbolçumuz yoxdu"
 
"Klubun maddi durumu hər kəsə bəllidi. Bu şərtlərdə transfer etmək imkanımız yoxdu. Əlində olan futbolçulara çətinliklə maaş verən klubun kənardan oyunçu alması düzgün deyil". Bu sözləri Superliqada mübarizə aparan "Əskişəhərspor"un baş məşqçisi Ertoğrul Sağlam deyib.
 
Sportal.az xəbər verir ki,  Türkiyə klubunun futbolçusu Necati Atəşin "Xəzər Lənkəran"a keçə bilcəyi deyilir. Sağlam bu futbolçunu satmağa hazır olduqlarını bildirib: "Necati Atəşə üçün hələlik rəsmi təklif almamışıq. Dəyəri ödənildikdən sonra satılmayacaq futbolçumuz yoxdu".

Xəbər xətti