Qalmaqallı "Atletiko Paranaense" - "Vasko da Qama" qarşılaşması ilə bağlı məhkəmə keçirildi
Braziliya çempionatının qalmaqallı "Atletiko Paranaense" - "Vasko da Qama" qarşılaşması ilə bağlı qərar verilib.
Sportal.az xəbər verir ki, ölkənin İdman Arbitaj Məhkəməsi hər iki komandaya ağır cəzalar verib.
"Atletiko Paranaense" növbəti 12 ev oyununu stadionun yerləşdiyi Kuritiba şəhərindən ən azı 100 km aralıda keçirəcək. Bu oyunlardan 6-da stadiona azarkeş buraxılmayacaq. Klub həmçinin 59 min dollar cərimə olunub.
"Vasko da Qama" isə 8 matçını təmsil etdiyi Rio de Yaneyro şəhərindən kənar keçirəcək. Bu oyunlardan 4-ü azarkeşsiz baş tutacaq. Klub həmçinin 29 min dollar cərimə ödəyəcək.
saytlarin hazirlanmasi