Aqil Məmmədov:"Oyunumuz alınmır, qələbə qazana bilmirik"
	 
	"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov  Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. 
	 
	Sportal.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
	 
	“Oyunumuz alınmır, qələbə qazana bilmirik. Səbəbini bilmirəm. Hücum xəttindən narazıyam. Rəqibin cərimə meydançasına qədər gəlirik, lakin son ötürmələrdə, qapıya zərbələrdə qeyri-dəqiqlik var. Oyundan və nəticədən narazıyam”.
                      
saytlarin hazirlanmasi