"Bu mövsüm, demək olar ki, ən zəif oyunumuz idi"
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Premyer Liqanın 17-ci turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyunu şərh edib.
Sportal.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 0:3 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
“Bu mövsüm, demək olar ki, ən zəif oyunumuz idi. Əsas heyətin bir neçə futbolçusu müəyyən səbəblərdən bugünkü oyunda iştirak etmirdi. “Simurq”u qələbə münasibəti ilə təbrik edirəm”.
saytlarin hazirlanmasi