"İlk görüşdəki məğlubiyyətdən nəticə çıxarmışıq"
“Çempionatın lideri və ən yaxşı komandasına qarşı oynayacağıq. Bütün bunlar çox gərgin qarşılaşma və mübarizə vəd edir”.
Sportal.az xəbər verir ki, bu sözləri “Bakı”nın baş məşqçisi Milinko Pantiç deyib.
Paytaxt təmsilçisi Premyer Liqanın XVII turunda “Qarabağ”ı qəbul edəcək. Oyun öncəsi fikirlərini klubun saytına açıqlayan “zolaqlılar”ın çalışdırıcısı rəqibə böyük hörmətlə yanaşdığını bildirib: “Bakı”nın da gözəl oyun göstərmək imkanları genişdir. “Qarabağ”la ilk dövrədəki oyunun (0:3) ilk 45 dəqiqəsi burada olduğum müddətdə ən pis çıxışımız olub. Lakin sabahın tarixi, ab-havası başqa cür olacaq. İlk görüşdəki məğlubiyyətdən nəticə çıxarmışıq. Meydana çıxacaq futbolçular ölüm-dirim savaşına belə hazır olmalıdır. Sabahkı qarşılaşmada Əfran İsmayılovun meydana çıxıb-çıxmayacağını bilmirəm”.
saytlarin hazirlanmasi