Fariz Məmmədov görüşü yarımçıq dayandırıb

03:27 - 15 Dekabr 2013

Pelk iki kəmərə birdən sahib çıxıb
 
Dünən Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda döyüş keçirib.
 
Sportal.az xəbər verir ki, boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşıb. 
 
Pelk indiyədək keçirdiyi 20 döyüşün hamısını qələbə ilə başa vurub, bunlardan 11-də nokaut qeydə alınıb. Məmmədov isə 16 döyüşdən 14-də qalib gəlib, 1-də uduzub, 1 görüşdə isə heç-heçə qeydə alınıb. 
 
Bakı vaxtı ilə saat 00:15-də başlayan döyüşün ilk raundu Farizin üstünlüyü ilə keçib. Sonrakı raundlarda da boksçumuzun fəallığı nəzərə çarpıb. Lakin 8-ci raundda döyüşü davam etdirə bilməyən Məmmədov məğlubiyyətlə barışıb. 
 
Beləliklə, Pelk texniki nokaut hesabına qələbə qazanaraq, 2 kəmərə birdən sahib çıxıb. 

Xəbər xətti